Onurğa
görüntü pozukluğu mövzusuna kifozla davam edəcəyik.Skolyoz qədər çox bilinən xəstəlik
olmasa da,tibbi tərəfdən daha önəmli və təhlükəli ola bilər.
Kifoz nədir?
Kifoz onurğa sütununun yan tərəfdən baxılarsa önə
doğru anormal əyilməsidir.Əslində bu gerçək
donqarlıqdır.Skolyozda da donqarlıq görülür,amma çox vaxt sağ tərəfdə(nadir
halda sol tərəfdə)görülür,halbuki kifoz onurğa sütununun sağa ve ya sola yerdəyişmədən
önə tərəf əyilməsinə(normadan çox) verilən addır.
Ancaq belimizin biraz da olsa donqar olması lazım
deyilmi?
Həqiqətən də elədir.İdeal
onurğa sütununu döş bölgəsində uyğun bir donqarlıq,və belin alt hissəsində bunu
tənzimləyən uyğun bir çuxur olaraq qəbul
edirik.Bu vəziyyətdə xəstəlik olması üçün “uyğun”sərhəddini keçməsi lazımdır.Əyriliyini ölçərək,45 dərəcədən az isə
normal,60 dərəcəyə qədər duruş ilə əlaqəli,60 dərəcədən çox isə artıq burada mütləq bir anormal vəziyyət
var deyə bilirik.
Göründüyü
kimi,skolyozdan bir fərqi də kifozun duruş pozukluğu ilə də ortaya çıxa bilməsidir.Amma
bu, bütün kifozlar duruş pozukluğudur demək deyildir.
Son olaraq
səbəblərini sıralayacaq və gələn
yazılarımızda bunların hər birini tək-tək araşdıracağıq.Kifoz səbəbləri:
- · Duruş pozukluğu
- · Səbəbi bilinməyən(idiopatik).Bu halın xüsusi adı “Scheuermann kifozu”
- · Anadan gəlmə(konjenital)
- · Əzələ xəstəlikləri ilə əlaqəli
- · Qocalıq(senil)kifozu
- Onurğa siniqlarina bağlı
Sonrakı
yazıda bunları incələyəcəyik.
Emre
Acaroğlu, Vugar Nebizade