Skolyoz mövzusunu incələməyə damav edirik.
·
Üzmə skolyoza faydalıdır,bunun xaricində olan idman
növləri zərərlidir.
Yüksək ehtimalla bu da doğru deyildir.
Hər şeydən əvvəl
üzmənin skolyoz dərəcəsinə ya da artmasına heç bir müsbət təsiri olmadığını
rahatca söyləyə bilərik.Özümüz ya da
uşaqlarımız hər gün 8 saat üzsək,3 ya da 6 ay sonra təkrar rentgen çekdirsək,nəticədə
skolyozun öz gedişatına görə ya eyni dərəcədə qaldığını ve ya artdığını görəcəyik.Bunun əksini göstərən
heç bir dəlil yoxdur.
Bu vəziyyət digər idman növləri üçün de keçərlidir.Yenə
sabah-axşam idmanla məşğul olsaq ,yenə də
rentgenimiz eyni görünəcəkdir.Bu mövzunu vurğulamaqda iki səbəbim vardır:
1.
Üzməyə
və ya digər idman növlərinə bizi və ya uşaqlarımızı yaxşılaşdıracaq deyə çox da ümid
bağlamamalıyıq,idmandan möcüzə gözləmək daha sonra xəyallarımızı boşa çıxarda
bilər.
2.
İdman və ya digər bədən tərbiyyə hərəkətlərini bir
dərdin dərmanı halına gətirmək xüsusilə uşaqlarda son dərəcədə neqativ nəticələr verə bilər. İdmanla məşğul olmağı sağlamlığımıza
xeyirli olduğu üçün istəməliyik ve
uşaqlarımıza da bu səbəblə sevdirməyimiz lazımdır,yoxsa skolyoz müalicəsi kimi
deyil.
Ancaq,eyni zamanda idmanla məşğul olan gənclər və
yetişginlər vücudlarını və qamətlərini daha yaxşı kontrol altında saxlaya
bildikləri üçün,idmanla məşğul olmağın xarici
görüntülərinə müsbət təsir etdiyi doğrudur.Xüsusilə uşaq ve gənclərdə bu təsir
idmana başladıqdan sonra ərkən zamanlarda asanlıqla müşahidə olunur.
Bu mövzuda da üzmənin digər idman növləri(davamlı tətbiq
edildiyi müddətdə) üzərində ciddi bir üstünlüyünün olmadığını vurğulamaq ve
uşaqlarınızı mütləq üzsün deyərək min bir zəhmət və məsrəfə ehtiyac olmadığını
söyləmək istəyirəm.Mən ümumiyyətlə öz xəstələrimə öz seçimləri olan ve dəvamiyyəti
imkanları daxilində olan idman növü ilə məşğul olmaqlarını məsləhət görürəm;ən
yaxşı nəticələrin də bu tərzdə əldə olunduğunu düşünürəm.
Emre Acaroğlu, Vugar Nabizade
Hiç yorum yok:
Yorum Gönder