8 Nisan 2015 Çarşamba

Skolyoz duruş (qamət) pozulması deyil. (Azerice)

Skolyoz mövzusunu gözdən keçiririk. Bu yazımızda problem nədir,nədən şikayət edirik sualına cavab tapmağa çalışacağıq.

Gəlin skolyoz barəsində  yayılan əfsanələrə bir-bir nəzər yetirək:
·      Skolyoz bir duruş (qamət) problemidir və bunun təsiri altına düşür; Bu səbəblə qaməti düzəltmək üçün həyata keçirilən müalicə vasitələri ilə qarşısı alına bilir.
Tamamilə səhvdir. 

Çox sıx rast gəldiyimiz səbəbi bilinməyən (idiopatik) skolyoz irsi bir xəstəlikdir və heç bir xarici təsir altına düşməz. Bir qamət pozulması deyil, ortaya cıxmasında kamança çalmaq, tenis oynamaq ya da çantanın həmişə eyni tərəfdə daşımaq kimi hərəkətlərin heç bir dəxli yoxdur. 

Əgər övladınızda, sizdə ya da bir əgrabanızda skolyoz varsa, özünüzü, uşağı/gohumunuzu boş yerə günahlandırmayın. Skolyozu olan birinde bu problemin olacağı əslində doğulduğundan bəri ortadadır, ancaq indi əlimizdə olan bilgi ve texnologiyalar  bu problemin ərkən yaşlarda  ortaya qoyulması için yetərli deyil. Əslində, yetərli olsalar da çox da xeyri yoxdur, buna daha sonra toxunacağam.

Buradakı önəmli mövzu, madam ki, skolyoz bir xəstəliktir nə edib/etmədiyimizdən asılı deyil ve digər faktorların (çanta gəzdirmək, sağ ve ya sol əlli olmaq, tenis oynamaq) təsirinə məruz qalmaz, onda təbii olaraq bunlardan uzaqda qalmaq ya da tərsinə idman hərəkətlərinin  icra edilməsi ilə qarşısı alınmaz ya da düzəldilə bilməz.


Bu mövzunu özəlliklə vurğulamaq faydalıdır, uşaqlarınızı faydası tamamilə ispatlanmamış idman hərəkətləri ilə işgəncə etməyin. Uşağın xarici görünüşünü (duruşunu) düzəltmək üçün idman etməsi yaxşı haldır, ancaq sadəcə o qədər. İdmanı skolyozu düzəldəcək bir dərman olarak təqdim etmək səhvdir. 

Skolyoz müalicəsi üçün üzmə kurslarının yayıldığı bir zamanda maraqlı bir bilgi ele deyil mi? 

Emre Acaroğlu, Vugar Nabiyev

Hiç yorum yok:

Yorum Gönder