Skolyoz nədir?
Skoyoz
onurğa əyriliyi deməkdir.Yəni
öndən ve arxadan baxanda onurğanın yan tərəflərə az və ya tamamilə S və ya C formasını
almasıdır.
Nəyə görə bu
qədər önəmlidir?
Çünki həddindən çox rast gəlinən bir xəstəlikdir; Əsasən
yeni yetmə qızlarda (və təbii olaraq daha sonra qadınlarda) görülür ve bu
problem əhalinin 1-4% daha çoxunu əhatə
edir. Bəsit bir hesablama ile ölkəmizdə 200 ilə 800 min skolyozlu gənc
qız ve qadın olduğunu söyləyə bilərik. Diqqətə alınmayacaq bir rəqəm deyil.
Elə isə ciddi bir sıxıntı olsa idi, bunun haqqında
hər kəsin məlumatının olması gözlənilirdi,elə deyilmi?maraqlısı odur ki elə
deyil. Əgər skolyoz progressiv, ciddi ve bariz bir deformasiyaya səbəb ola bilən
səviyyədə deyildirsə, uzun illər boyunca diqqətə alınmayan, ancaq insanlarda ciddi bir qüsurlu
psixologiyası əmələ gətirən problemdir.
İndi isə mövzunun başına qayıdaq,nəyə görə skolyoz
haqqında bir yazı yazmaq ehtiyacı hissetdim? Əslində bunun cox bəsit bir səbəbi
var, insanlarda xarici görüntüyü pozan ya da pozduğu hissini verən hər bir xəstəlik
kimi skolyoz da amansızca istismar edilən bir mövzudur. Bu mövzuda kütləvi maarifləndirməyə ciddi bir təsir dönemi başladı (doğru
ve ya səhv) ve bu dönəmə daxil olmağı boynuma borc olduğunu düşündüm.
Buna görə arada bir skolyoz mövzusunda önəmli
olduğunu düşündüyüm müzakirə mövzularını və fikirlərimi sıra ilə yazmaq istəyirəm.
Onurğa ilə bağlı problemləriniz haqqında öyrənmək istədiyiniz məlumatları, bilgi@ankaraomurga.com
adresindən mənimlə əlaqə yaradaraq əldə edə bilərsiniz.
Emre Acaroglu, Vugar
Nabiyev
Hiç yorum yok:
Yorum Gönder