12 Nisan 2015 Pazar

Skolyoz ürəyə basqı edərmi? (Azerice)

Skolyoz mövusunu incələyirik. Skolyoz haqqında bir əfsanə daha :
·      Skolyoz ürəyə ve ağciyərə basqı edər və ölümə səbəb ola bilər.
Çox rast gəlinən skolyoz tipləri üçün böyük ölçüdə səhvdir.

Daha əvvəlki yazılarımda ən sıx rast gəlinən skolyozun yeniyetmə dönəmində başladığını və boy böyüməsi ilə paralel progresə olduğunu bildirmişdim. Bu tip skolyozlar nadir halda yüksək dərəcələrə qədər artar, hələ səhiyyə xidmətlərinin bu qədər asan  istifadəyə açıldığı bir dövürdə  ciddi sıxıntı halına gəlmədən əvvəl müalicə olunur.

Skolyoz ve qardaşı olan Kifoz (beldə gerçək donqarlıq,omurğa sütununun önə doğru əyilməsi) ancaq 80 ilə 100 dərəcənin üstünə çıxarsa  gerçəkdən ağciyərləri sıxışdırıb ağciyər və ürək xəstəliklərinə səbəb ola bilər. Belə halda, ən sıx rast gəldiyimiz yeniyetmə tip skolyozlarda ,hələ də 20-30-40 dərəcələrdə əyriliyi olan xəstələrin “Bunu tez bir vaxtda müalicə etməsək irəlidə üəyinizi sıxışdırar”deyilərək qorxutulması doğru deyil, həkimlik əxlaqına da  uygun deyil. Lakin çox ərkən uşaqlıq dövründə başlayıb böyümə dövründə çox ciddi ölçülərə çatan ,həm xüsusilə uşaqlıqdan ağciyərlərə, tam inkişaf etmədən mənfi  təsir etmələri,həm də  böyümənin uzun bir zaman  dilimində çox arta bilmələri səbəbilə ciyər və ürək üçün ciddi problem əmələ gətirə bilər.

Hər nə qədər o ölçülərə çatanadək müalicə olunduğunu fikirləşiriksə də,maraqlı bir şəkildə ,bu xəstələrdə  başqa bir “əfsanə”ortaya girir və  bu dəfə “skolyoz 18 yaşından əvvəl müalicə edilərsə övladınız böyüməz”düşüncəsi meydana çıxır.Bu düşüncə də ən az digəri qədər təhlükəli,hətta daha ciddidir,cünki xəstənin həyatı bahasına başa gələr.
Xülasə;
1.   Yeniyetmə dövründə başlayan kiçik dərəcəli skolyozlar 80 dərəcəni keçmədikcə ağciyər və ürək problemlərinə səbəb olmaz.Belə bir şeydən qorxmayın.

2.   Bununla yanaşı əgər övladınızda çox kiçik yaşlarda başlayan bir skolyoz varsa,mütləq müalicə edilməlidir,çünki  ərkən uşaqlıq skolyozu ağciyər inkişafına mənfi yöndə təsir edərək uşaqların həyatının   ərkən  itirməsinə səbəb ola bilər.

Hiç yorum yok:

Yorum Gönder