Bel ağrısı mövzusunda rast
geldiyimiz efsaneleri ve sehv melumatları araştırmağa davam edirik.Bu gün də “Bel Yırtığı Başlanğıcı”mövzusuna
toxunmak istəyirəm.
Əvvəlcə,Bel yırtığı nədir?
· Bel
yırtığı,bel nahiyəsindəki onurğa sümükləri arasında yerləşən disk oynaqlarından
arxaya,sinirlərin olduğu bölgə istiqamətində şişginliyin əmələ gəlməsidir.
· Sinirlərimizi
sıxarsa ayaqlara tərəf yayılan şiddətli ağrı və\vəya hiss ve qüvvət itirilməsinə
səbəb ola bilər.
Bel yırtığı necə
başlayır?
· Gənclərdə
görülən tipik bel yırtıklarının necə
başladığı dəqiq bilinmir,ancaq ,xalq arasında bilinən ağır yük qaldırmaq
vb.ilə əlaqədar deyildir.
· Ümumiyyətlə
sinir sıxışma əlamətləri olarsa MR vasitəsilə diaqnoz qoyula bilər,amma bəzən
heçbir şikayəti olmayan insanlarda da başqa səbəblə çəkilən MR larda görülə bilər.
Bel yırtığı ağrısının
səbəbi ola bilərmi?
· Ağri səbəbi ola bilər.Ancaq önəmli
olan ayağa yayılan ağrılardır.Nadir də olsa sadəcə bel
ağrısı ola bilər,ancaq belə vəziyəttə yırtığa əlavə başqa bir bel probleminin
olmasından şüphələnmək lazımdır.
Belə vəziyyətde hər bel
ağrısı bel ağrısı deyil,elə deyimli?
· Tamamilə
doğrudur.
Beləliklə,bel yırtığı başlanğıcı adlandırılan problem
nədir?
· Bu
diaqnozla mənə müraciət edən xəstələrimdə görəbildiyim qədəri ilə belə bir şey yoxdur.Bu çox vaxt səbəbi
tamamilə izah edilə bilmeyen bel ağrılarında həkimlərin “doğru
olmayaraq”istifadə etdikləri bir temrindir.Sadə yolla bu cür düşünmək
lazımdır;belinizde disk yırtığı var vəya yoxdur.Burada yarım
yırtık,yırtık başlanğıcı kimi ifadələr doğru deyildir.
Bu vəziyyətin istisnası ola bilərmi(yəni gerçək bel
yırtığı başlanğıcı)?
·
Bəli
,çox nadir de olsa yırtık olmadan da diskin arxa qismində
çatlaq ola bilər,belə durumlar ağrılı olar və prinsip etibarilə yırtıq
başlanğıcı hesab edilə bilər.Lakin qeyd etdiyim kimi,nadirdir.
Emre Acaroğlu, Vugar Nabiyev
Emre Acaroğlu, Vugar Nabiyev
Hiç yorum yok:
Yorum Gönder