Skolyoz haqqında yayılan digər bir əfsanəyə diqqətinizi
çəkmək istəyirəm.
Skolyoz əməliyyatları çox risqlidir,əməliyat
olunmamaq üçün ne lazımdırsa edilməlidir.
Tamamilə səhvdir.
Skolyoz əməliyyatları ciddi ve böyük proseduralardır,ciddiyə
almamaq və lazımlı,lazımsız hər xəstəyə məsləhət görmək və tətbiq etmək tamamilə
etikaya uygun deyil.Daha əvvəlki yazılarda skolyoz əməliyyatının kosmetik
bir səbəblə edildiyini vurğulamışdım,,ancaq
bu vəziyyət sadəcə ciddi deformasiyalarda və vücudun görüntü və formasının
pozulduğu vaxtlarda keçərli olur.Skolyoz əməliyyatını vücudumuzdan bəyənmədiyimiz
bir nevusu(xal) aldırmaq kimi fikirləşmək ciddiyətsizlik olar.
Bununla yanaşı skolyoz əməliyyatları xəstələrə
verilən bir cəza da deyil.
Müəyyən vaxtlarda xəstəyə əməliyat olunmasını uyğun görmək,o xəstənin əməliyyat olaraq daha
yaxşı olacağı düşünüldüyü üçündür.Təkrar altını cızaraqyazıram:Əməliyyat bir cəza
deyil müalicə növüdür.Digər müalicələrin təsirsiz olduğu vaxtlarda və düzgün
göstərişlərlə həm xəstələri qüsurluluq psixologiyasından azad edər,həm də çox
artmış əyrilikdə xilasedici olar.
Xəstələrimizə lazım olmayan vaxtlarda cərrahi əməliyyat məsləhət görmək nə qədər etikaya uyğun deyilsə,lazım
olduğu vaxt əməliyyatı,risqlərini şişirtmək yoluyla uzaklaşdırmaq da o qədər
etikadan uzaqdır.
Emre Acaroglu, Vugar Nabizade
Hiç yorum yok:
Yorum Gönder