18 Nisan 2015 Cumartesi

Kifoz(dongarlıq)nədir? (Azerice)

Onurğa görüntü pozukluğu mövzusuna kifozla davam edəcəyik.Skolyoz qədər çox bilinən xəstəlik olmasa da,tibbi tərəfdən daha önəmli və təhlükəli ola bilər.

Kifoz nədir?

Kifoz onurğa sütununun yan tərəfdən baxılarsa önə doğru anormal əyilməsidir.Əslində bu gerçək donqarlıqdır.Skolyozda da donqarlıq görülür,amma çox vaxt sağ tərəfdə(nadir halda sol tərəfdə)görülür,halbuki kifoz onurğa sütununun sağa ve ya sola yerdəyişmədən önə tərəf əyilməsinə(normadan çox) verilən addır.

Ancaq belimizin biraz da olsa donqar olması lazım deyilmi?

Həqiqətən də elədir.İdeal onurğa sütununu döş bölgəsində uyğun bir donqarlıq,və belin alt hissəsində bunu tənzimləyən  uyğun bir çuxur olaraq qəbul edirik.Bu vəziyyətdə xəstəlik olması üçün “uyğun”sərhəddini keçməsi lazımdır.Əyriliyini ölçərək,45 dərəcədən az isə normal,60 dərəcəyə qədər duruş ilə əlaqəli,60 dərəcədən çox isə artıq burada mütləq bir anormal vəziyyət var deyə bilirik.

Göründüyü kimi,skolyozdan bir fərqi də kifozun duruş pozukluğu ilə də ortaya çıxa bilməsidir.Amma bu, bütün kifozlar duruş pozukluğudur demək deyildir.
Son olaraq səbəblərini sıralayacaq  və gələn yazılarımızda bunların hər birini tək-tək araşdıracağıq.Kifoz səbəbləri:
  • ·      Duruş pozukluğu
  • ·      Səbəbi bilinməyən(idiopatik).Bu halın xüsusi adı “Scheuermann kifozu”
  • ·      Anadan gəlmə(konjenital)
  • ·      Əzələ xəstəlikləri ilə əlaqəli
  • ·      Qocalıq(senil)kifozu
  •        Onurğa siniqlarina bağlı

Sonrakı yazıda bunları incələyəcəyik.

Emre Acaroğlu, Vugar Nebizade

Hiç yorum yok:

Yorum Gönder